Cütlüklərin ən çox anlaşmazlıq yaşadığı 5 məsələ

Qısqanclıq problemi
Qısqanclıq münasibətlərin qatilidir desək, yanılmarıq. Təsadüfi deyil ki, cütlüklərin ən çox mübahisə etməsinə səbəb olan amillərdən biri məhz qısqanclıqdır. Düzdü, qısqanclıq hissi demək olar ki, hamıda var, amma bu məsələdə ifrata varmaq təhlükəli hal hesab olunur. Məsələn, həyat yoldaşınız vaxtını dostları ilə birlikdə keçirəndə ona tez-tez zəng edir və ya mesaj yazırsınızsa, bu adətinizdən əl çəkməlisiniz. Bu yöndə ən kiçik addım atmaqla dəyişikliyin əsasını qoya bilərsiniz. Əgər bunu bacarmasanız, psixoloqdan dəstək almağınız məsləhətdir.
Davamı →

Sevgilinizin sizdən sıxılmasına icazə verməyin

  • Sevgi
Bəzən münasibətimizdə narahatlığa səbəb olmamaq üçün xoş olmayan davranışları görməzlikdən gəlib, səs çıxarmırıq. Bəzən isə aşiq olmağın bizə bəxş etdiyi xoşbəxtlik və həyəcandan özümüzü sevgilimizə həsr edərik. Xüsusilə münasibətimizin irəliləyən dövrlərində həyəcan get-gedə azalır. Əlaqənizdəki həyəcanın ilk gündəki kimi qalması üçün 3 sadə amma təsirli tövsiyə əməl etmək lazımdır.

1. Düşüncələrinizə sadiq qalın.
Sevgilinizin fikirləri ilə razılaşmamağı əlaqəniz üçün təhlükə qəbul edə bilərsiniz. Çox insan eyni fikirlərə sahib olmağın xoşbəxt münasibətin düsturu olduğunu düşünür. Lakin fərqli düşündüyünüz mövzularda fikirlərinizi müdafiə etməyiniz və hər şeyə bəli deməməyiniz, sizi sevən və düşüncələrinizə əhəmiyyət verən insanın hörmətini qazanacaq və əlaqənizi gücləndirəcək.
Davamı →

Kişinin diqqətini cəlb etməyin yolları

Sevdiyiniz biriylə artıq birlikdəsiz və həyəcanla başlayan bu yeni birlikdəliyin daha uzun davam etməsini istəyirsinizsə, bu məsləhətlərə əməl edin.

Münasibətiniz xaricində özünüzə sosial yaşam qurun
Sevgili tapan kimi dərhal dostlarınızla ayrılmayın. Sevgiylə yanaşı, insanın sosial ətrafının olması da önəmlidir. Ən əsası bu hal sizi motivasiya edər. Sevdiyiniz adamın üstünə çox düşməz, onu çox sıxmamış olarsınız.

Eynilikdən qaçın
Hər birinizin məxsusi vərdişləriniz var, amma bəzən sevgiliniz bu vərdişlərinizdən sıxıla bilər. Sizə fərqli fikirlər irəli sürərsə, rədd etmədən əvvəl bir düşünün. Fərqli şeylər etməyə çalışın, birlikdə əylənin.

Özünüzə güvənin və vaxt verməkdən çəkinməyin
Əgər kişinin sizdən uzaqlaşdığını, ya nədənsə məmnun olmadığını düşünürsünüzsə, demək, kişi sıxılıb. Onun niyə belə olduğunu anlamağa çalışmaq yerinə, elə hey ona yaxın olmağa çalışmaq, diqqət göstərmək daha da çox darıxmasına səbəb olacaq. Ona bir az vaxt verin, icazə verin bir az özünü dinləsin. Üzərinə düşməməniz sizə marağını artıracaq.
Davamı →

Həyat yoldaşı hamilə olan kişilər üçün 6 təklif

Bəylər, siz də həyatınızda sahib ola biləcəyiniz ən gözəl möcüzələrdən birinə yoldaşınızla birlikdə şahidlik edəcəksiniz. Qarşınızda olduqca maraqlı 9 ay var. Bu müddətdə sizə tövsiyəmiz heç olmadığınız qədər anlayışlı olmağınızdır. Çünki yoldaşınızın hormonlarındakı dəyişikliklər onun fərqli duyğular yaşamasına səbəb olacaq. Bu səbəblə nə qədər anlayışlı olsanız o qədər maraqlı dövr keçirəcəksiniz.

1. “Bəli” sözlərini “Xeyr” olaraq qəbul etməyə indidən başlayın
Qadınların hamiləliyin ikinci dövründən etibarən ən tez soruşduğu sual fiziki görünüşüylə əlaqədardır. Bu mövzuyla əlaqədar sizdən sual soruşduqda səs tonunuzla imtina edin.
Davamı →

Çətin münasibətlər

  • Esse
«Facebook» da tez-tez qadın-kişi münasibətlərindən yazıram. Bu sahə üzrə araşdırmalar aparır, çoxlu insanla və cütlüklərlə görüşür, onların aralarında yaranan böhranları təhlil edirəm. Həmçinin, o insanlara böhrandan çıxmaqda əlimdən gəldiyi qədər yardımçı oluram. Çalışıram xoşuma gələn bu sahə üzrə özümü daha da inkişaf etdirim. Məqsədim insanlara faydalı olmaqdır. İnsan mürəkkəb varlıqdır. Bizim cəmiyyətimizdəki insanlar isə ağır sosial-iqtisadi məngənəsində daha çox mürəkkəb varlığa çeviriliblər. İnsanlar bir-biri ilə normal dil tapıb, dolana bilmirlər. Təəccüblü deyil ki, son statistikaya görə, ölkəmizdə bir ayda 1000 boşanma halı qeydə alınır.

Ola bilər, kimlərsə deyə bilər ki, ölkəmizdə sonsuz sayda problem olduğu halda niyə qadın-kişi münasibətlərindən yazırsan. Cavabım çox sadədir. Bəlkə də, bütün problemlərimizin kökü münasibətlərdəki böhranlara bağlıdır. Baxın, bir ailə təsəvvür edək. Həmin ailədə ata və ana öz funksiyasını yerinə yetirmirsə, yəni öz övladlarına düzgün tərbiyə vermirsə, pis nümunə olursa, qorxu, təzyiq içində və ya ərköyün, eqoist şəkildə böyüdürsə, sabah cəmiyyətin bir parçası olan həmin vətəndaşlar daim problemlər ifraz edən bir qüvvəyə çevriləcəklər.
Davamı →

''Kişilər sevə bilmir'' deyən qadınlara xitab!

  • Esse
İngilis yazıçısı Virciniya Vulf-un "Özünə aid bir otaq" kitabından yadımda qalan bu misraları sizlərlə bölüşmək istəyirəm:

«Xəyali planda qadın son dərəcə əhəmiyyətlidir, həqiqi həyatda isə tamamilə əhəmiyyətsiz. Şeiri bir başdan digər başa əhatələyər, tarixdə isə heç görünməz. Uydurma yazıda kralların və fatehlərin həyatlarına hökm edər, gerçək həyatda ailəsinin barmağına bir üzük keçirdiyi hər hansı oğlanın köləsidir. Uydurma yazıda ən ruhlandırıcı sözlər, ən dərin düşüncələr onun dodaqlarından tökülər, gündəlik həyatda, demək olar ki, heç oxuyub-yaza bilməz və ərinin malıdır. Tarix qadından demək olar heç söz etməz».
Davamı →

Məhdudiyyətsiz münasibət

  • Esse
Bir ildən çoxdur ki psixologiyanın qadın-kişi münasibətləri sahəsini mənimsəyirəm. «Facebook»da da bacardıqca tez-tez bu münasibətlərdən yazıram. Bildiyim informasiyaları insanlarla bölüşməyi özümə borc bilirəm. Hər zaman aktual olan bu münasibətlər barədə maariflənmək ölkəmizdəki insanlara bu gün hava və su kimi vacibdir. Niyə?

Çünki üzülərək və böyük təəssüflə bildirməliyəm ki, bu gün Azərbaycandakı ailə inistitutu qəzalı vəziyyətə düşüb. Statistikaya görə, hər ay 1000 ailədə boşanma hadisəsi yaşanır. İnsanlar bir-biri ilə yola gedə bilmir. Hörmət və anlayış kimi təməl prinsiplər münasibətə girən həmin şəxslərə yaddır. Bax, o cütlüklərin əksəriyyətində mədəni yanaşmaların heç bir halına rast gəlmək olmur. Sosioloqlar həyəcan təbili çalırlar. Bütün bunlar dəhşət doğurur.

Məhz buna görə bu münasibətləri bacardıqca daha çox öyrənməyə və bilgilərimi paylaşmağa çalışıram. Hətta müraciət edən cütlüklərə fərdi və birgə dəstək vasitəçiliyi də edirəm.
Davamı →